Dekabrın 25-də, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində olacaq.
Eləcə də bax: “Unibank KB”ın səhmləri daha yüksək - BAZAR SEQMENTİNƏ ÇEVRİLİB
Yığıncağın gündəliyinə “Unibank”ın idarəetmə orqanlarına təyinatlar və həmin orqanların üzvlərinin əmək haqlarının müəyyən edilməsi məsələsi daxildir.