Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibəti ilə şəhid övladları üçün bayram tədbiri keçirilib. Unibank Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilən “Zəfərin uşaqları” adlı bayram tədbirinə dəstək verib.
FED.az xəbər verir ki, tədbir çərçivəsində şəhid ailələri ilə birlikdə Qubaya səfər edilib və Quba Arena Hoteldə Zəfər Günü qeyd edilib.
Bayram tədbirində şəhid övladları üçün əyləncə proqramları, viktorinalar təşkil edilib, şəhid övladlarına müxtəlif hədiyyələr verilib. Şəhid qəhrəmanlarımızın adlarının qeyd olunduğu xatirə hədiyyələri də tədbirə qatılan şəhid övladlarına təqdim edilib.
Unibank öz brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildən bu yana isə Bankın KSM tədbirlərində şəhid və qazilərimizlə bağlı layihələr prioritet istiqamət seçilib.
Unibank-Sənin Bankın!