“Bu gün bazara ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin necə olmasından daha çox onun sabitləşməsi, bəlli bir dəhliz çərçivəsində dəyişməsi lazımdır”.
Bunu jurnalistlərə açıqlamasında “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ uzunmüddət idxaldan, dolayısı ilə xarici valyutanın məzənnəsindən asılı olacaq. Odur ki, iqtisadi sabitlik üçün məzənnənin sabitləşməsi vacibdir: “Dəhliz bəlli olmalıdır və bunu investor bilməlidir. Gələcəkdə də Azərbaycanda idxalın payı yüksək olacaq. Yəni, biz xarici valyuta ilə bağlıyıq”.