Albalı Biznes Kartının unikal üstünlüklərə malik olması və Unibank Business Mobile əlavəsinə qoşulmaq imkanı, günün istənilən vaxtı mağaza sahibinin və distributorun əməliyyatlar aparmasını və hesablarına nəzarət etməsini mümkün edir.
Albalı Biznes Kartı həm mağaza sahibləri, həm də distributor şirkətlərinə bir çox üstünlüklər verir:
Kart sahibləri üçün üstünlüklər:
- Güzəştli (faizsiz) kredit xətti imkanı;
- Günün istənilən saatı, istənilən yerdə distributorlara ödənişlərin əlavə sənədsiz və komissiyasız köçürülməsi;
- Ödənişdən dərhal sonra mağaza sahibi və ekspeditorun məlumatlandırılması;
- Unibank Business Mobile və İnternet bank xidmətinə qoşulmaqla ödənişlərə 24/7 nəzarət etmək imkanı;
- Büdcə ödənişlərini (DSMF/Vergi/Gömrük və digər) Albalı Biznes Kartdan Unibank Business Mobile vasitəsi ilə etməyin mümkünlüyü;
- Unibank-ın istənilən filialından, cash-inindən, E-manat ödəmə terminallarından karta şəxsi vəsaitin mədaxil imkanı;
- Mağaza sahibinin ödəmələri haqqında tarixçənin Unibank Business Mobile- də avtomatik formalaşması.
Distributor şirkətləri üçün üstünlüklər:
- Nağd pulların idarə edilməsi riskindən azad olma;
- Bank tərəfindən mağazalara verilən kredit xətti hesabına dövriyyənin artırılması və xərclərin optimallaşdırılması;
- Şəffaf Hesabat;
- Hesaba pulun anında daxil olması.
Ticarət obyekti sahibi bankın istənilən filialına cəmi bir dəfə gəlməklə Albalı Biznes kartını pulsuz ala bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Albalı Biznes - Ticarətin asan yolu!
Unibank-Biznesinizə daimi dəstək!