FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit bazarının aktiv iştirakçısı və böyük filial şəbəkəsinə malik olan banklarından olan “Unibank”ın gəlir mənbələrini təqdim edir.
«Ziraat Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Unibank”ın ümumi gəlirləri 258 milyon 111 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində əla göstərici ilə 4-cü yeri tutur.
Hesabat dövründə (üçüncü rüb) “Unibank”ın gəlirlərinin ən böyük hissəsi – 163 milyon 47 min manatı və ya bütün gəlirlərin 63%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 72 milyon 856 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 28%-i deməkdir. Başqa sözlə, bu iki gəlir maddəsi “Unibank”ın gəlirlərinin 91%-ni təşkil edir.
Digər sahələrdən gəlirlər elə də ciddi məbləğlərlə ödçülmür – valyuta əməliyyatlarından gəlirlər 11 milyon 442 min manat və ya ümumi gəlirlərin 4%-i həcmində olub.
Daha 3 milyon 477 min manat və ya ümumi gəlirlərin 1%-ni “Unibank”ın qiymətli kağızlardan yatırımları təmin edib.
“Uni Bank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 2 milyon 126 min manat əldə edib.
Daha 5 milyon 163 manat isə “Uni Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.
Ümumiyyətlə, “Unibank”ın ümumi gəlirlərində faiz gəlirləri 67%, qeyri-faiz gəlirləri 33% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
163 047 |
63% |
Komissiya haqları |
72 856 |
28% |
Valyuta əməliyyatlarından gəlirlər |
11 442 |
4% |
QK-a investisiyadan gəlir |
3 477 |
1% |
Digər banklara depozitlərdən gəlirlər |
2 026 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
100 |
1% |
Digər faiz gəlirləri |
3 474 |
1% |
Digər qeyri-faiz gəlirləri |
1 689 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
258 111 |
100% |