«Unibank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından biri, kredit bazarının aktiv iştirakçısı və böyük filial şəbəkəsinə malik olan banklarından olan “Unibank”ın gəlir mənbələrini təqdim edir.
2023-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Unibank”ın ümumi gəlirləri 232 milyon 646 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində əla göstərici ilə 4-cü yeri tutur. Hesabat dövründə “Unibank”ın gəlirlərinin ən böyük hissəsi – 147 milyon 598 min manatı və ya bütün gəlirlərin 63%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 65 milyon 248 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 28%-i deməkdir. Başqa sözlə, bu iki gəlir maddəsi “Unibank”ın gəlirlərinin 91%-ni təşkil edir. Digər sahələrdən gəlirlər elə də ciddi məbləğlərlə ödçülmür – valyuta əməliyyatlarından gəlirlər 9 milyon 351 min manat və ya ümumi gəlirlərin 4%-i həcmində olub. Daha 3 milyon 150 min manat və ya ümumi gəlirlərin 1%-ni “Unibank”ın qiymətli kağızlardan yatırımları təmin edib.
“Unibank” başqa banklarda depozit yerləşdirilməsi və kredit ayırmaqla da ümumilikdə 2 milyon 121 min manat əldə edib. Daha 5 milyon 178 min manat isə “Unibank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub .
Ümumiyyətlə, “Unibank”ın ümumi gəlirlərində faiz gəlirləri 67%, qeyri-faiz gəlirləri 33% təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
| Min manat | ||
| Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı | 
| Kredit portfeli üzrə faiz gəliri | 143 598 | 63% | 
| QK-a investisiyadan gəlir | 3 150 | 1% | 
| Digər banklara depozitlərdən gəlirlər | 2 102 | 1% | 
| Digər banklara kreditlərdən gəlirlər | 19 | 1% | 
| Komissiya haqları | 65 248 | 28% | 
| Valyuta əməliyyatlarından gəlirlər | 9 351 | 4% | 
| Digər faiz gəlirləri | 1 997 | 1% | 
| Digər qeyri-faiz gəlirləri | 3 181 | 2% | 
| 
 | 
 | 
 | 
| CƏMİ GƏLİRLƏR | 232 646 | 100% | 




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








