Unibank “Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib.
Bankdan Fed.az-a verilən məlumata görə, “Unitransfer” in üstünlüyü, müştərilərə Unibank-ın eyni şəhərdəki filialları arası və yaxud bir şəhərdə yerləşən filialından digər şəhərdə yerləşən filialına ən qısa müddətdə pul köçürmə imkanı verməsi ilə yanaşı, hesab açılmamasıdır. Yəni köçürmə adi qaydada, ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən Unibank filialından pulu götürə biləcək.
“Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0.4%-i (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız Unibank daxilində fəaliyyət göstərən pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.
Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan Unibank, 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona” , “Contact” , “Western Union” , "Faster", “LİDER”, "BLİZKO", “PrivatMoney”, UPT kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, ABŞ dolları , Avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.
Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank-hər kəsin bankı
Unibank öz pulköçürmə sistemini yaradıb
10:37
20 Okt 2016