30 iyun 2025-ci il tarixinə “Unibank”ın faiz gəlirləri 119 milyon 343 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 6 milyon 227 min manat və ya 5,5% artım deməkdir.
Faiz gəlirlərinin mütləq əksəriyyətini – 113 milyon 988 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 930 min manat və ya 6,5% artıb.
Hesabat dövründə ən kəskin artım banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərində qeydə alınıb. Bu istiqamətdə gəlirlər 226 min manat və ya 7,6 dəfə artaraq 260 min manata çatıb.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 154 min manata, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 918 min manata, digər faiz gəlirləri isə 2 milyon 22 min manata bərabər olub..
Xatırladaq ki, 30 iyun 2024-cü il tarixində “Unibank”ın faiz gəlirləri 113 milyon 116 min manat təşkil etmişdi.