«Unibank»ın kartlarında yaranan problem aradan qaldırılıb.
FED.az xəbər verir ki bu barədə bankın yaydığı məlumatda bildirilir.
Eləcə də bax: “Unibank” müştərilərinin hesabından pul silindi - BANK AÇIQLAMA YAYDI
Xatırladaq ki, yanvarın 6-da bəzi müştərilər «Unibank» kartlarındakı balanslarından vəsaitlərin silindiyini açıqlamışdılar. Bankdan veriən açıqlamaya görə, texniki işlərlə bağlıdır və yaxın vaxtlarda həllini tapacaq. Doğrudan da bir neçə saata məsələ həll olunub. Bankın bununla bağlı açıqlamasında bildirilir:
«Hörmətli müştərilər!
Bir qədər əvvəl bəzi Unibank kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub.
Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!»