Unibank ipoteka kreditlərinin faizini aşağı saldı. Indi Unibank-a müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 7%-lə əldə edə biləcəklər. İllik faiz dərəcəsinin 8%-dən 7%-ə endirilməsi aylıq ödənişləri aşağı salmaqla, ümumi kreditin məbləğini də daha sərfəli edəcək. Bir müddət əvvəl isə Unibank ipoteka kreditlərində ilkin ödənişi xeyli aşağı salıb. İndi bank filiallarına müraciət edənlər, evin ilkin ödənişinin 20%-ni etməklə illik 7%-lə 100 min manatadək ipoteka krediti götürə bilərlər.
Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun fəal müvəkkil bankları sırasındadır. Bank bir müddət əvvəl “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında Unibank iştirak edir.
İpoteka kreditləri Unibank-ın Bakıda “17 saylı” (“Sahil”) filialında, bölgələrdə isə “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.
Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!
Unibank ipoteka faizini endirdi
15:36
19 Sen 2017