Azərbaycanın aparıcı banklardan olan «Unibank» 2021-ci ilin nəticələri üzrə audit hesabatını açıqlayıb.
Eləcə də bax: "Unibank" biznes sahibləri üçün - YAY KAMPANİYASI KEÇİRİR
FED.az hesabata əsasən xəbər verir ki, bank o qədər də sadə keçməyən 2021-ci ili mənfəətlə başa vurmağı bacarıb.
Hesabata əsasən 2021-ci ildə bank sürətlə böyüyüb – «Unibank»ın aktivləri 200 milyon manatdan çox və ya 26% artaraq 807m milyon manatdan 1 milyard 17 milyon manata yüksəlib.
Artım bütün aktiv maddələri üzrə baş verib – ilk növbədə kredit portfeli 501 milyondan 659 milyon manata yüksəlib.
Görünür, təqribən 1 il əvvəl «pul var, kredit vermək üçün müştəri yoxdur» deyən bank menecmenti bankın vəsaitlərini kredit portfelinə uğurla tranfer edə bilib.
Nəticədə kreit portfelində 30%-dən çox artım baş verib. Paralel olaraq qiymətli kağızlara yatırımlar da 10 milyon manat artaraq 52-dən 62 milyona yüksəlib.
Bankın öhdəlikləri də aktivlərinə adekvat artıb – 693 milyondan 903 milyon manata və ya illik 30% artım.
Bank hesablarındakı vəsaitlərin məbləği 548 milyondan 719 milyon manata yüksəlib.
2021-ci ilin yekunlarına görə bankın nizamnamə kapitalı daha 5 milyon manat artaaq 125,7 milyon manatdan 130,7 milyon manata yüksəlib. Cəmi kapital isə 114,5 milyon manatdır.
2021-ci ildə «Unibank» faiz gəlirlərini kəskin artıraraq 2020-ci ildəki 94,1 milyon manatdan 118,3 milyon manata yüksəldib.
Bankın faiz xərcləri isə 14 milyon manat artaraq 43 milyonu keçib. Ötən il «Unibank» mümkün zərərərdən ehtiyat ayırmaları üçün 17,5 milyon manat rezerv edib – bu 2020-i ildəkindən 2 qat azdır və kredit portfelinin vəziyyətinin düzəldiyini göstərir.
Nəticədə 2021-ci ildə bankın xalis faiz gəliri təqribən 2 dəfə artaraq 57,5 milyon manat edib (2020-də 30 milyon idi).
Qeyri-faiz gəlirləri 40% artaraq 29 milyon manatı , qeyri-faiz xərcləri isə 50%-dən çox artaraq 22 milyon manatı keçib.
Ötən il «Unibank» inzibati və əmək haqqı xərclərini artıraraq 57,7 milyon manatdan 76,4 milyon manata yüksəldib. Təkcə əmək haqqı xərcləri 33,9 milyon manatdan 42,3 milyon manata yüksəlib. Yeri gəlmişkən, bu artım da Dövlət Sosial Müdafiə Fondu da payını götürüb – fonda 2020-ci ildəki 4 milyon manata qarşı 2021-ci ildə 5,2 milyon manat ödənilib.
Nəticədə bank ili 94 min manat xalis mənfəətlə başa vurub.