Bank

"Unibank" daha üç vətəndaşın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU

"Unibank" daha üç vətəndaşın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU | FED.az
12:48 3 Sen 2020

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank daha üç vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Leyla Əhmədova, Gülmira Daşdəmirova və Şahin Əsgərov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandırlar.

Eləcə də bax: "Unibank" daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU

FED.az xəbər verir ki, Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.

Gülmira Daşdəmirova: “Bu layihə haqda eşidəndə gedib müraciət elədim. İllərdir bu işlə məşğul olsam da, avadanlıqlarım olmadığından və onları almağa imkanım çatmadığı üçün şəxsi salonumu qurmaq arzu olaraq qalırdı. Bu gün illərlə mənim üçün əlçatmaz olan bir arzuma çatdım. Çox sevincliyəm və bu işdə dəstək olan hər kəsə minnətdaram”.

Şahin Əsgərov: “Mənim bu işlə bağlı həmişə planlarım olub. Amma avadanlıqlar baha olduğu üçün arzumu reallaşdıra bilməmişəm. Sevinirəm ki öz işimi quracam, gəlirlərim artacaq. Layihənin bütün iştirakçılarına təşəkkürümü bildirirəm”.

Leyla Əhmədova: “Bu tarix hər zaman mənim üçün ən böyük arzumun həyata keçdiyi gün kimi yadımda qalacaq. Öz sevimli işimlə məşğul olacam, bundan gəlir götürəcəm. Bu çox gözəl hissdir. “Unibank”a da, bizə bu imkanı yaradan bütün təşkilatlara, şəxslərə də minnətdaram”.

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

"Unibank" daha üç vətəndaşın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU | FED.az"Unibank" daha üç vətəndaşın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU | FED.az"Unibank" daha üç vətəndaşın şəxsi biznesini qurmasına - DƏSTƏK OLDU | FED.az

Digər xəbərlər