Unibank fərdi sahibkarların işini bir qədər də asanlaşdırıb. İndiki çətin vaxtlarda sahibkarlarımıza yaxından dəstək olmaq üçün Bank onlayn hesab xidmətini istifadəyə verib.
FED.az xəbər verir ki, indi hər bir sahibkar harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab aça bilər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.
“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:
- Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;
- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;
- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;
- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 14.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!