Ukrayna Milli Bankının sədri Yakov Smoliy istefa verib.
Eləcə də bax: Ukraynaya yeni Baş Nazir - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, bu barədə bankın mətbuat xidmətinin məlumatında deyilir. Smoliy uzun müddət ona edilən “sistematik siyasi təzyiq” səbəbindən bu qərarı qəbul etdiyini bildirib:
“İstefa ərizəmlə Ukraynada mərkəzi bank sisteminin institusional əsaslarını sarsıtmaq üçün gələcək cəhdlərlə bağlı xəbərdarlıq etmək istəyirəm”.
O əlavə edib ki, məhz bu kimi müdaxilələr ona vəzifəsini yerinə yetirməyə və digər dövlət strukturları ilə qarşılıqlı əlaqə qurmasına maneə yaradıb. (Qafqazinfo)