2007-ci ildə qurulan, ümumilikdə 128 milyard dollarlıq aktivi olan Dubayın ən böyük bankı “Emirates NBD” Türkiyənin beşinci ən böyük bankı olan “Denizbank”ı “Sberbank” PJSC-dən 3,2 milyard dollara (14,6 milyard TL) satın alıb.
FED.az habertürk-ə istinadən xəbər verir ki, tərəflər arasında yekun müqavilə imzalanıb. “Emirates” Dubay birjasına da rəsmi açıqlama göndərib.
“Sberbank” və Emirates NBD” tərəfindən edilən açıqlamaya görə, razılıq ölkələrin tənzimləyici qurumları tərəfindən təsdiqlənməlidir və proses ilin sonunda başa çatacaq.
Xəbəri “Sberbank” da təsdiqləyib və bildirilib ki: "Sberbank və Emiraztes NBD Denizbankın 99,85% səhm satışı üçün yekun müqavilə imzalanıb”.
“Emirates NBD” açıqlamasında qeyd edib ki, “Denizbank”ın 99,85% səhminin qiyməti 14,6 milyard TL və ya 3,2 milyard dollara başa gəlib. Razılığın təsdiq edilməsindən sonra, “Sberbank” “Denizbank”dakı bütün səhmlərini “Emirates NBD”yə təslim edəcək.
Xatırladaq ki, hələ 2012-ci ilin sentyabrın 28-də “Sberbank” “Denizbank”ı 3,5 milyard dollar qarşılığında almışdı. Bankın dünyanın müxtəlif ölkələrində ümumilikdə 43 şöbəsi fəaliyyət göstərir.