Türkiyənin aparıcı bankı - “İş Bankası”nın baş direktoru Adnan Bali bu ilin mart ayında vəzifəsini tərk edəcək.
Eləcə də bax: Türkiyədə dövriyyəyə - Rəqəmsal Valyuta Buraxılacaq
FED.az xəbər verir ki, türk mətbuatına görə, bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.
"Bankın səhmdarlarının martda keçiriləcək ümumi yığıncağında baş direktorluqdan gedəcəyəm. Ancaq uyğun hesab edilsə, İdarə Heyətində qalacam", - o qeyd edib.
A.Bali onu baş direktor vəzifəsində açıqlayacaq şəxsin adını da açıqlayıb. Bu, onun müavini Hakan Arandır. (Report)