1 dollar 6 lirəyə yaxınlaşır FED.az xəbər verir ki, son sutka ərzində Türkiyədə dollar 0.72% bahalaşaraq 1 dollar 5,9156 lirə olub.
Eləcə də bax: Üzərində Rəsulzadənin şəkli olan avro buraxıldı
Həmçinin avro da lirə ilə müqayisədə bahalaşıb. Belə ki, hazırda 1 avro 6.6820 lirə təşkil edir ki, bu da son 24 saat ərzində 0.85% bahalaşma deməkdir.
Xatırladaq ki, analitiklər lirənin dəyərinin ABŞ - Türkiyə münasibətlərinin fonunda daha ucuzlaşdığını bildirirlər. Belə ki, bu gün Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu "S400-lər məsələsində heç bir şəkildə geri addım atmayacayıq deməsi, lirənin məzənnəsində özünü biruzə verildiyi güman olunur.
Qeyd edək ki, son bir ay ərzində ən çox fərq 1 dollar 6,0969 göstəricisində olub.
Türkiyədə dollar yenidən "sürət yığmağa" başlayıb - LİRƏ UCUZLAŞIR
12:07
14 İyun 2019