Türkiyədə Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK) 2018-ci il üçün bankların aktivləri üzrə göstəriciləri açıqlayıb.
FED.az BDDK-a istinadən xəbər verir ki, ötən il Türkiyə banklarının cəmi aktivlərinin məbləği 3 trilyon 867,1 milyard lirə və ya 744 milyard dollar təşkil edib. Bu göstərici 2017-ci illə müqayisə də 609,3 milyard lirə və ya 18,7% artıqdır.
2018-ci ildə Türkiyə banklarının kredit portfeli lirə ifadəsində 14,1% artaraq 2 trilyon 394,7 milyard lirəyə (460,5 milyard dollara) çatıb.
Bankların depozit portfeli 2018-ci ilin dekabr ayında 2017-ci ilə nəzərən 19% artaraq 2 trilyon 35 mlrd 965 milyon lirəyə (391,5 milyard dollara) çatıb.
Sektorun xalis mənfəəti 53,5 milyard milyon lirə və ya 10,3 milyard dollar olub.
Türkiyədə bank sektorunun vəziyyəti – RƏQƏMLƏR AÇIQLANDI
11:50
2 Fev 2019