Türkiyədə lirə ilə bank əmanətləri üzrə faiz dərəcələri rekord vurub.
FED.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatına görə, əmanətlərin əksəriyyətini təşkil edən 1-3 ay müddətində əmanətlər üzrə orta faiz dərəcəsi 46 faizi keçərək son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Ümumilikdə noyabrın 17-ə olan məlumata görə, bank sektorundakı cəmi əmanətlər (banklararası daxil olmaqla) həftə ərzində 354,5 milyard lirə artaraq 14 trilyon 716 milyard lirəyə çatıb.
Eyni dövrdə banklardakı lirə əmanətləri 3,7% artaraq 8 trilyon 435,5 milyard lirəyə, xarici valyutada (dövlət) əmanətlər isə 1,1% artaraq 5 trilyon 690 milyard lirəyə çatıb.