Türkiyədə bir neçə həftə əvvəl baş verən zəlzələ bölgəsində – Elazığda sahibkarlara göstəriləcək dəstək məlum olub.
Eləcə də bax: Azərbaycanlılar Türkiyədə 180-dən çox şirkət açıblar - AÇIQLANDI
FED.az xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyy naziri Berat Albayrak bildirib ki, zəlzələ bögəsindəki fermer və kiçik sahibkarların kredit borcları üçün əlavə müddət veriləcək və onlara faizsiz kreditlər təqdim ediləcək.
Nazir bildirib ki, zəlzələdən dərhal sonra buradakı sahibkarların tələb və ehtiyacları öyrənilib. Buna uyğun tədbirlər qərara alınıb.
«Xalq Bank» Elazığ və Malatyadakı bütün sahibkarlara məbləği 50 min lirəyə qədər (8,3 min dollar və ya 14 min manat) 5 illik müddətə faizsiz kreditlər veriləcək. Bundan başqa, Xalq Bank bu ərazidəki iş adamlarının indiyədək olan kreditlərinə 2 il, Ziraat Bankı isə bu ərazidəki fermerlərin kreditlərinə 1 il tətil verəcək.