Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,988 milyard ABŞ dolları və yaxud 1,9% azalaraq 105,869 milyard dollardan 103,881 milyard dollara düşüb.
FED.az xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 25,983 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 840 milyon dollar və yaxud 3,1% azdır.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,148 milyard dollar və yaxud 1,5% azalaraq 77,898 milyard dollar olub.
Report