Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 990 milyon ABŞ dolları, yaxud 0,9% azalaraq 106,835 milyard ABŞ dolları təşkil edib.
Eləcə də bax: Türkiyədə dollar bahalaşmağa davam edir - SON QİYMƏT
FED.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 31,695 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,284 milyard ABŞ dolları, yaxud 4,2% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,274 milyard ABŞ dolları, yaxud 2,9% azalaraq 75,14 milyard ABŞ dolları təşkil edib.
Report