Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 819 milyon ABŞ dolları və yaxud 0,8% artaraq 103,881 milyard dollardan 104,700 milyard dollara çatıb.
FED.az xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.
Eləcə də bax: "Türkiyə Mərkəzi Bankı"nın valyuta ehtiyatları bir həftəyə - 2 MİLYARD DOLLAR AZALIB
Məlumata görə, valyuta ehtiyatlarının 26,429 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 446 milyon dollar və yaxud 1,7% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 373 milyon dollar və yaxud 0,5% artaraq 78,271 milyard dollar olub.
Report