Türkiyə Mərkəzi Bankı (TMB) Qatar Mərkəz Bankı (QCB) ilə imzalanan swap (pul mübadiləsi) razılaşmasıyla əlaqədar açıqlama verib.
FED.az xəbər verir ki, açıqlamada bildirlir ki, müqavilə 3 milyard dollar dəyərində türk lirəsi və Qətər rialında imzalanıb: «Müqavilənin əsas məqsədi yerli valyutalar vasitəsilə ticarəti asanlaşdırmaq və iki ölkənin maliyyə sabitliyini dəstəkləməkdir».
Qeyd edək ki, bu dəfəki transfer Qətərin Türkiyəyə 15 milyard dollarlıq investisiya paketi nəzərdə tutan qərarın ilk addımı olaraq xarakterizə edilən razılaşma çərçivəsində ilk ödənişdir.