Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda uçot dərəcəsinin 2 faiz bəndi azaldılaraq 14%-dən 12%-ə endirilməsinə qərar verilib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini artıracaqmı?
Xatırladaq ki, TMB-nin iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24%-dən 19,75%-ə, sentyabrın 12-də keçirilmiş iclasında 3,25 faiz bəndi azaldılaraq 19,75%-dən 16,5%-ə, oktyabrın 24-də keçirilmiş iclasında isə 2,5 faiz bəndi azaldılaraq 16,5%-dən 14%-ə endirilmişdi.
Report