Türkiyə Mərkəzi Bankının qərarı ilə faiz dəhlizinin yuxarı həddi 8,5%-dən 9,25%-ə qaldırılıb.
Türkiyə mətbuatının yazdığına görə, bu ölkənin Mərkəzi Bankı yenidən maliyyələşdirmə kreditləri üzrə faiz dərəcəsini 10%-dən 11%-dək artırıb.
Faiz dərəcələrinin artırılması birbaşa dolların məzənnəsinin yüksəlməsinə səbəb olub. Belə ki, Mərkəzi Bankın qərarından öncə 1 ABŞ dolları 3,74 lirəyə bərabər olubsa, qərardan dərhal sonra bu göstərici 3,82 lirəyə yüksəlib.