Rza Zərrabın dindirilməsi zamanı kritik məqamlar ortaya çıxıb.
FED.az xəbər verir ki, Zərrab ifadəsində Türkiyənin “HAB Holding”in rəhbərliyi haqqında açıqlamalar verib. Nəticədə holdinqin əmlaklarına və bank hesablarına həbs qoyulub.
Qeyd edək ki, “NAB Holding” Azərbaycanıdakı “Bank of Baku”nun sahibidir. Belə ki, "NAB Holding Anonim Şirkəti” (Türkiyə Respublikası) “Bank of Baku”nun kapitalının 35%-nin sahibidir. Bankın digər səhmdarları "Azpetrol Neft Şirkəti" MMC səhmlərin 28,89%-ə, Hikmət Abuzər oğlu İsmayılov 31,11%-ə, Elçin Həmid oğlu İsayev isə 5%-nə sahibdir.
Türkiyə mətbuatı artıq “NAB Holding”in əmlaklarına həbs qoyulması barədə məlumat yayıb.
İNSİDER xəbər verir ki, R.Zərrab haqqında açılan "casusluq" ittihamı nəticəsində Türkiyə hökuməti 23 nəfərin əmlakına həbs qoyub. Onların sırasında “NAB Holding”in sahiblərindən biri olan Omid Mohagilegh Eromi də var. Artıq polis Eromi ailəsinə məxsus Holdinqə qarşı əməliyyatlara başlayıb. Holdinqin binasında axtarış aparılır. Maliyyə məsələlərinə cavabdeh olan adam isə şübhəli şəxs qismində nəzarətə götürülüb.
“NAB Holqing”in rəhbəri Omid Mohagilegh Eromi “Xəbər Türk” qəzetinə açıqlamasında : “Bir yanlışlıq ola bilər. Mənim və şirkətimin Zərrabla heç bir ticarət əlaqəsi yoxdur” - deyib.
Qeyd edək ki, “NAB Holding”in İdarə heyətinin rəhbəri Bəhram Eromidir və o, Omid Mohagilegh Erominin əmisidir. B.Eromi isə R.Zərrabın bacısı Şeyda Eromi ilə evlidir.
Xatırladaq ki, “NAB Holding”in əsası 1980-ci ildə qoyulub. Elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkət 1995-2000-ci illərdə avtomobil və bank sektoru, 2001-2007-ci illərdə lizinq xidməti ilə fəaliyyətini daha da genişləndirib. Holdinqin nizamnamə kapitalı 100 milyon TL təşkil edir.
Əlavə olaraq onu da bildirək ki, Baku Electronics-in sahibinin də məhz bu holdinq olduğu bildirilir.
İNSİDER.az
Türkiyə hökuməti “Bank of Baku”nun səhmlərinə həbs qoyacaq? – EKSKLÜZİV
15:05
6 Dek 2017