Türk lirəsinin getdikcə zəifləməsi Türkiyə banklarına və bank sisteminə mənfi təsir edəcək.
Eləcə də bax: Türkiyədə dollar bütün dövrlər üzrə - REKORDUNU YENİLƏDİ - QİYMƏT
FED.az xəbər verir ki, bu barədə kredit reytinq agentliyi Moody's bəyan edib. Agentliyin açıqlamasında bildirilir ki, lirənin uzun müddət davam edən zəifləməsi, problemli kreditlər və kredit itkisi ehtimallarını artıracaq. Türk lirəsinin ABŞ dolları qarşısında tarixi aşağı göstəriciyə enməsi isə bankların kredit reytinqi üçün mənfi nəticələr verəcək.
«Moody's»un açıqlamasında bildirilir ki, lirənin məzənnəsinin zuun müddət aşağı olması problemli kreditləri artıracaq, eləcə də bankların problemli kreditlər itkisi üzrə ehtiyatlarını artırmağa vadar edəcək, nəticədə bankların gəlirliyi və kapital nisbətləri azalacaq.
Qeyd edək ki, ötən hfətənin əvvəlində Türkiyədə dollar 7,4 lirə məzənnəsində rekord vurduqdan sonra bir qədər geriləyib, amma yenə də məzənnə dəyişkən zonadadır.
«Moody's» bildirir ki, lirənin məzənnəsinin aşağı düşməsi koronavirusun gətirdiyi problemləri daha da kəskinləşdirəcək və xarici maliyyələşmə riskini artıracaq. İyun ayına olan məlumata görə, Türkiyə banklarının kreditlərinin 35% -i xarici valyutada, əsasən dollar və avroda verilib.
Lirənin zəifləməsinin davam etməsi xarici valyuta gəlirləri olmayan və tədbir görməyən şirkətlərin ödəmə qabiliyyətini azaldacaq. Nəticədə, yüksək kredit itkisi ilə bağlı ehtiyatlar bankların gəlirlərini azaldacaq.