Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) noyabr ayının 27-28-də maliyyə sektorunda çalışan maliyyəçilər üçün “Banklarda maliyyə nəzarəti” adlı təlimə başlayır.
ABTM-dən Fed.az-a verilən məlumata görə, 6 modul üzrə keçiriləcək təlimdə iştirakçılara maliyyə nəzarəti, maliyyə nəzarətini həyata keçirən şəxslərin əsas vəzifələri və məsuliyyəti, büdcə və hesabat, fəaliyyətin idarəedilməsi, bank tənzimləməsi və nəzarəti təşkilatının tənzimləmələri çərçivəsində Türk banklarında maliyyə nəzarətinin həyata keçirilməsi prinsipləri, eləcədə daxili nəzarətdən fəqli olan aspektlər mövzusu tədris olunacaq.
Qeyd edək ki, təlimdə bir nəfər üçün iştirak haqqı 400 manat təşkil edir.
Türk banklarında maliyyə nəzarətinin tətbiqi prinsipləri tədris olunacaq
21:59
7 Noy 2017