Türkiyənin “Fibabanka” bankı Rusiya və Belarusdan olan müştərilərə kartlarından Türkiyədən kənarda istifadə etməyi qadağan edib.
Bloomberg: "Rusiyanın “Mir” ödəniş sistemi iflasa uğrayıb"
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə “Türkiyədə rusdillilər, Alanya” qrupunun üzvlərindən biri yazıb.
Şərhlərdə “Fibabanka”nın ikinci dərəcəli sanksiyalar təhlükəsiz səbəbindən riskə getmək istəmədiyi fikri irəli sürülüb.
Qeyd edək ki, Türkiyənin digər banlarının buraxdığı kartlar xaricdə işləməyə davam edir. Buna baxmayaraq, “Ziraat Bank”ın kartlarından da istifadə zamanı bir sıra problemlər yaşanıb.