"Turanbank" ASC-nin 2016-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün kənar auditorun seçilməsi üçün keçirilmiş açıq tenderin qalibi KPMG audit şirkəti elan olunub.
"Bank 2002-ci ildən etibarən Mərkəzi Bankın tələbi və Bankın daxili qaydlarına müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin aparılması məqsədilə beynəlxalq nüfuza malik "Deloitte&Touche", "PricewaterhouseCoopers" və KPMG şirkətləri ilə əməkdaşlıq edir. Bank Korporativ İdarəetmə Standartlarının tələblərinə müvafiq olaraq seçilmiş bir kənar audit şirkəti ilə ardıcıl olaraq maksimum 3 il əməkdaşlıq edir", - deyə Bankdan bildirilib.