Bu ilin III rübünə “Turanbank”ın müştərilərə verilmiş kreditləri (xalis) 617 milyon 508 min manat təşkil edib.
Bu, ötən ilin sonu ilə müqayisədə 7 milyon 624 min manat və ya təqribən 1,3% artım deməkdir.
Müştərilərə verilmiş kreditlərin (ümumi) əsas hissəsini – 651 milyon 831 min manatını müştərilərə verilmiş kreditlər (ehtiyat nəzərə alınmadan) təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü (629 milyon 356 min manat) ilə müqayisədə 22 milyon 475 min manat və ya təxminən 3.6% artıb.
Hesabat dövründə kredit portfeli daxilində ən böyük artım istehlak və daşınmaz əmlak kreditləri üzrə qeydə alınmışdır:
İstehlak kreditləri 13 milyon 723 min manat və ya təqribən 9,6% artaraq 156 milyon 305 min manata çatıb.
Daşınmaz əmlak kreditləri 10 milyon 319 min manat və ya təqribən 8,7% artaraq 129 milyon 462 min manat olub.
Biznes kreditləri isə 366 milyon 64 min manata bərabər olub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı isə 14 milyon 850 min manat və ya təqribən 76,3% artaraq 34 milyon 322 min manat təşkil edib.
Xatırladaq ki, ötən ilin sonuna “Turanbank”ın müştərilərə verilmiş kreditləri (xalis) 609 milyon 884 min manat olmuşdu














