"TuranBank" ASC-də idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində yeni vəzifə təyinatları olub.
Bankdan verilən məlumata görə, Bəxtiyar Məmmədov İnformasiya Texnologiyaları üzrə, Emil Mürsəlov isə Satış üzrə baş direktor vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, B. Məmmədov 2005-ci, E. Mürsəlov isə 2008-ci ildən etibarən "TuranBank"da öz əmək fəaliyyətlərinə başlayıblar. Yeni təyinatlaradək B. Məmmədov bankın İT departamentinin, E. Mürsəlov isə Marketinq və satış departamentinin direktoru vəzifəsində çalışıb.