"TuranBank" hazırda müştəri xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə bu sahəyə xüsusi diqqət ayırır. FED.az xəbər verir ki, bununla əlaqədar olaraq istifadəçilərin rahatlığını təmin edəcək bütün mövcud kanallardan yararlanan "TuranBank" Whatsapp proqramı xidmətindən istifadəyə başlayıb.
Bu gündən etibarən müştərilərimiz kredit, plastik kart sifarişi, eyni zamanda, əmanət məhsulları və digər xidmətlərlə bağlı yaranan bütün suallara daha operativ cavabları TuranBankın 935 nömrəli məlumat mərkəzinin qısa nömrəsi ilə yanaşı, 050 268 72 22 nömrəli Whatsapp nömrəsi vasitəsilə də əldə edə bilərlər.
Əlavə olaraq bildirmək istərdik ki, bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBankın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.
www.turanbank.az
Instagram - @turanbank
Facebook - @TuranBankASC
"TuranBank"a sualını WhatsApp-da ver!
17:31
10 Okt 2018