TuranBank tərəfindən növbəti dəfə sığınacaq evində yaşayan uşaqlara psixoloq dəstəyi göstərildi.
Ənənəyə sadiq qalaraq TuranBank bu bayramda da paytaxtda yerləşən uşaq sığınacaq evlərindən birinin qonağı oldu. Balaca dostlar ilə yumurta döyüşdürən bank əməkdaşları sığınacaq evinin sakinləri ilə birgə sığınacaqda əsl bayram əhval ruhiyyəsini yarada bildilər. Bununla yanaşı TuranBank, “Ümid” Uşaq Sığınacaq Evində yaşayan uşaqların psixoloji dəstəyə olan ehtiyacını nəzərə alaraq növbəti dəfə peşəkar psixoloq yardımının göstərilməsinə də dəstək oldu. Təşəbbüsə əsasən psixoloq müəyyən müddət ərzində sığınacağın sakinlərilə xüsusi terapiya proqramını həyata keçirəcəkdir.
Uşaqlar bizim gələcəyimizdir, onları bir gün deyil, hər gün qoruyaq!