“TuranBank” qiymətli kağızlara investisiyanı azaldıb. FED.az bankın ilin birinci yarısı üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, bank bu il aktivlərindən qiymətli kağızlara 16 mln 261 min manat investisiya edib. Bu məbləğ 2018-ci ilin birinci yarısı ilə müqayisədə 61.15% azdır.
Məlumat üçün bildirək ki, banklar əsasən dövlət istiqrazlarını və Mərkəzi Bankın notlarını alırlar.
Bankın aktivlərinə nəzərə salsaq görərik ki, cari ilin1-ci yarısında “TuranBank”ın aktivləri 510 mln 934 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.
"TuranBank"ın aktivlərinin 319 mln 759 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 17% böyüyüb.
Xatırladaq ki, "TuranBank" bu ilin birinci yarısını 150 min manat mənfəətlə başa vurub.
“TuranBank” qiymətli kağızlara ayırdığı investisiyanın - MƏBLƏĞİ MƏLUM OLUB
11:15
27 İyul 2019