FED.az “TuranBank”ın gəlir mənbələrini təqdim edir.
“Turanbank”ın faiz gəlirləri 75 milyon manatı ötüb
2025-ci ilin 3-cü rübü “Turan Bank” ərzində ümumilikdə 92 milyon 342 min manat gəlir əldə edib. Gəlir strukturuna baxdıqda isə diqqətçəkən məqam odur ki, gəlirlərin əsas hissəsini kredit portfeli üzrə faiz gəlirləri təşkil edib – bu istiqamətdən bank 69 milyon 163 min manat, yəni ümumi gəlirin 75%-ni qazanıb.
Valyuta əməliyyatlarından əldə olunan gəlirlər də diqqətçəkən dərəcədə yüksək olub. Bu istiqamət ümumi gəlirlərin 9%-ni təşkil edərək bankın hesabına 8 milyon 553 min manat qazanc gətirib.
Eyni zamanda, komissiya haqları da mühüm gəlir mənbələrindən biri kimi önə çıxıb. Müştərilərə göstərilən xidmətlərdən bankın əldə etdiyi 8 milyon 562 min manat, ümumi gəlirlərin 9%-nə bərabər olub.
Daha 2 milyon 983 min manat digər banklara yerləşdirilən depozitlərdən əldə edilən gəlirlər olub və bu, ümumi gəlirlərin 3%-lik hissəsini əhatə edib.
Bundan başqa, qiymətli kağızlara investisiyalardan gəlir 1 milyon 536 min manat təşkil edib ki, bu da ümumi gəlirlərin təxminən 2%-i qədərdir.
Digər banklara kreditlərdən qazanılan gəlir 242 min manat səviyyəsindədir və bu, ümumi gəlirlərin 1%-i qədərdir. Həmçinin, digər faiz gəlirləri 1 milyon 186 min manat, digər qeyri-faiz gəlirləri isə 117 min manat təşkil edib - hər biri ümumi gəlirlərin təxminən 1%-lik hissəsini təşkil edir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
69 163 |
75% |
|
QK-a investisiyadan gəlir |
1 536 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 983 |
3% |
|
Digər banklara kreditlərdən gəlirlər |
242 |
1% |
|
Komissiya haqları |
8 562 |
9% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
8 553 |
9% |
|
Digər faiz gəlirləri |
1 186 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
117 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
92 342 |
100% |













