FED.az Azərbaycanın aparıcı banklarından biri, kiçik biznesin, xüsusilə aqrar sektorun və regionların kreditləşdirilməsində aktiv banklardan olan - “TuranBank”ın gəlir mənbələrini təqdim edir.
«AccessBank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə, “TuranBank”nın ümumi gəlirləri 81 milyon 419 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 12-ci yerdədir.
Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi 60 milyon 227 min manatı və ya bütün gəlirlərin 73%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 6 milyon 767 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 8%-i deməkdir.
“TuranBank”ın valyuta əməliyyatlarından gəlirləri 7 milyon 838 min manat olub, bütün gəlirlərinin 9%-i həcmində.
Əvəzində qiymətli kağızlar bazarına yatırımlardan 2 milyon 66 min manat əldə edib, bu ümumi gəlirlərin 3%-ni təşkli edir.
Əlavə 3 milyon 272 min manat və ya ümumi gəlirlərin 4%-ni isə “TuranBank”a başqa banklardakı depozitlər gətirib. Başqa banklardan kredit gəliri isə ümumi gəlirin 1%-i həcmində - 114 min manat olmuşdur.
Bank digər faiz və digər qeyri-faiz gəlirlərindən toplamda 1 milyon 135 min manat əldə etmişdir .
Ümumiyyətlə, “TuranBank”ın ümumi gəlirlərində faiz gəlirləri 82%, qeyri-faiz gəlirləri 18% təşkil edir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
60 227 |
73% |
Komissiya haqları |
6 767 |
8% |
Valyuta əməliyyatlarından gəlirlər |
7 838 |
9% |
QK-a investisiyadan gəlir |
2 066 |
3% |
Digər banklara depozitlərdən gəlirlər |
3 272 |
4% |
Digər banklara kreditlərdən gəlirlər |
114 |
1% |
Digər faiz gəlirləri |
982 |
1% |
Digər qeyri-faiz gəlirləri |
153 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
81 419 |
100% |