«Turanbank» bu ilin 2-ci rübünü mənfəətlə başa vurub.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına istinadən xəbər verir ki, bu ilin 2-ci rübündə «Turanbank»ın faiz gəlirləri 15 mln. 9 min manat, faiz xərcləri 10 mln 500 min manat təşkil edib. Beləliklə, bankın xalis faiz mənfəəti ötən illə müqayisədə 8,4% artaraq 4 mln 509 min manata yüksəlib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 1 mln 716 min manat, qeyri-faiz xərcləri 5 mln 580 min manat təşkil edib.
Beləliklə, xalis əməliyyat mənfəəti ötən ilin 2 ci rübünə nəzərən 5,91 dəfə artaraq 645 min manat olub. Yekunda bank bu ili 205 min manat mənfəətlə başa vurub.Xatırladaq ki, bank 2017-ci ilin 2-ci rübünü 948 min manat zərərlə başa vurub.
Eləcə də bank 2016-cı ili 13 milyon 336 min manat, 2017-ci ili isə 1 milyon 234 min manat zərərlə başa vurmuşdu.
Bu il «Turanbank»ın qiymətli kağızlara etdiyi investisiya məbləğində də ciddi artım olub, bu il bu göstərici 40 mln 160 min manat artaraq 41 862 min manat olub. Cəmi aktivlər 5,5% azalaraq 493 min manata qədər azalıb. Cəmi öhdəliklər 6,3% azalaraq 433 min manat olub.
Bu dövrdə bankın cəmi kapitalı da 558 min manat artaraq 59 498 min manat olub.