FED.az xəbər verir ki, "TuranBank" kreditlərin monitorinqi şöbəsinin aparıcı mütəxəssisi üzrə vakansiya elan edir.
Eləcə də bax: “Azərikard” işçi axtarır - VAKANSİYA
İş barədə məlumat:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi
- Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi
Namizədə tələblər:
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır)
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə)
- Analitik təhlil və düşünmə bacarığı
- Komandada işləmək bacarığı
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır
- Yüksək ünsiyyət qurma bacarığı
- Yaş 24-35
- İş təcrübəsi 3 ildən 5 ilə qədər
E-mail [email protected]