TuranBank ASC
Departament: Risklərin İdarə Edilməsi
Şöbə: Əməliyyat, İmic və Strateji Risklərin İdarə Edilməsi
Vəzifə: Şöbə müdiri
Vəzifə öhdəlikləri:
• Bankın yeni risk siyasətinin və qaydalarının hazırlanması, risklərin idarəedilməsi üzrə strateji və taktiki fəaliyyət planlarının inkişaf etdirilməsi;
• Bankın risklərin təhlili metodologiyasının təkmilləşdirilməsi;
• Bankın fəaliyyət istiqamətləri və əməliyyat sahələrinə xarakterik olan riskləri müəyyən etmək, dəyərləndirmək və idarəedilməsi istiqamətində təkliflər vermək;
• Risk Xəritəsini, o cümlədən əməliyyat risklərinin xəritəsini hazırlamaq;
• Biznes prosesləri təhlil etmək və risk, fraud və spekulyativ xarakterli ehtimalları dəyərləndirmək və qarşısının alınması istiqamətində təkliflər vermək;
• Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin qanunvericiliyə, habelə daxili təlimatlara, normativlərə, qaydalara və risk siyasətinə uyğun aparılmasını qiymətləndirmək;
• Bankda biznes proseslərinin təşkili və yenidən təşkili, eyni zamanda yeni məhsul və xidmətlərin yaradılması prosesində iştirak etmək və təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsil
• Bankın risklərin idarə edilməsi, audit, maliyyə və ya əməliyyat bölmələrində 4 il və daha çox iş təcrübəsi
• Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı
• Rus və İngilis dillərində danışma və oxuma bacarığı
• MS Office proqramlarından istifadə bacarığı
Tərcümeyi-halınızı (CV) [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə müvafiq vakansiyanın adını qeyd etməyi unutmayın.