İşə götürən: TuranBank ASC
Şəhər: Bakı (Baş Ofis)
Yaş həddi: 18-35
Vəzifə: Məlumatlandırma bölməsi üzrə kiçik mütəxəssis, mütəxəssis, aparıcı
mütəxəssis,baş mütəxəssis
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- İş təcrübəsi min.1 il
- Sosial şəbəkələr ilə işləmə bacarığı;
- Copywriting bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Ünsiyyət qabiliyyəti; (şifahi və yazılı). Nitqi aydın və səlis olmalı və fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- Problemi həll etmək bacarığı;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Öyrənməyə meylli və yeniliyə açıq olmalıdır
- İngilis dili üstünlükdür
Vəzifə öhdəlikləri:
- Sosial Media üzərindən gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
- Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
- Görülən işlərin gündəlik hesabatını aparmaq;
- Müştərilərin bank məhsulları haqqında ünvanladığı sualları cavablandırmaq;
- Kredit müraciətlərinin ilkin təhlili və müvafiq bölməyə yönləndirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Məlumatlandırma bölməsi üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis” yazmağı unutmayın.