“TuranBank” 2021-ci ilin I yarısında aktivlərini 9,3% - 602,953 milyon manata qədər artırıb.
Eləcə də bax: Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
2021-ci il iyunun 30-na bankın kredit portfeli 373,263 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,3%) bərabər olub.
“TuranBank”ın öhdəlikləri 517,033 milyon manat (artım 9,7%) təşkil edib.
Bankın depozit portfeli 297,457 milyon manat (artım 6,1%), həmçinin fiziki şəxslərin əmanətləri – 222,242 milyon manat (artım 3,9%) təşkil edib.
İyunun sonuna “TuranBank”ın kapitalı 85,919 milyon manata (artım 6,8%), nizamnamə kapitalı 80,005 milyon manata (artım 6,7%) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 185 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 83,4% azdır.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir. (İntrefaks)