Müştərilərinə daha çevik və keyfiyyətli xidmət göstərməyi hədəfləyən "TuranBank" ASC xarici maliyyə institutlarında müxbir hesablar açaraq beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir.
Bu məqsədlə "TuranBank" Almaniyanın beynəlxalq ödəniş və hesablaşmalar sahəsində aparıcı banklarından hesab olunan "LandesBank Baden- Wuerttemberg" bankda avro valyutasında müxbir hesabı açaraq müştərilərinin xarici valyuta əməliyyatlarının daha asan və sürətli həyata keçirməsini təmin edəcək.
"TuranBank"ın "LandesBank Baden-Wuerttemberg" bank ilə əldə etdiyi bu saziş beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, həmçinin bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir.
TuranBank
Bizimlə etibarlıdır ...