“TuranBank” 2017-ci ili 725 min manat zərər ilə başa vurub. FED.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, zərərin əsas səbəbi qeyri-faiz xərclərinin gəlirləri 3 dəfə üstələməsindən yaranıb.
Beləki, ötən il Bankın faiz gəlirləri 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 160 min manat təşkil edib. Halbuki, bankın faiz xərcləri 20 milyon manat olduğu halda, qeyri-faiz xərcləri 3 dəfə çox, 12 milyon manat təşkil edib.
2016-cı ildə 33 milyon 515 min manat faiz, 6 milyon 24 min manat qeyri-faiz gəliri əldə edən “TuranBank”, həmin ili 1 milyon 398 min manat zərər ilə başa vurmuşdu.
Bankın 2015-cı il üzrə zərəri 1 milyon 132 min manat təşkil etmişdi. 2016-cı illə müqayisədə 2017-ci ildə gəlirlərdə azalma olduğu halda zərərin də azalması, Bankın 2016-cı illə müqayisədə ehtiyatlara daha az vəsait ayırması ilə bağlıdır. 2016-cı ildə ehtiyatlara 4 milyon 25 min manat ayırmış bank, 2017-ci ildə 1 milyon 148 min manat ayırıb.
Bankın cəmi kapitalı 477 milyon, öhdəlikləri 188,386, müştəri depozitləri 227 milyon manat, nizamnamə kapitalı isə 55 milyon manat təşkil edib.