Bu gün ölkənin aparıcı banklarından olan "TuranBank" 28 yaşını qeyd edir. FED.az xəbər verir ki, bank fəaliyyətinin 28 ili ərzində düzgün və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin bank sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, eləcə də ictimaiyyət arasında etibarlı imic formalaşdıran bir maliyyə qurumuna çevrilmişdir. Maliyyə bazarının aktiv bir iştirakçısı kimi müvəffəqiyyətlər əldə edən Bankımızın hal-hazırda cəmi aktivləri 524,1 milyon manat, kredit portfeli 344,3 milyon manat, depozit portfeli 249,4 milyon manat, nizamnamə kapitalı 70 milyon manat, məcmu kapitalı isə 77,6 milyon manat təşkil edir.
Müstəqilliyimizin bərpa olunduğu dövrlərdə yaranmış ilk banklardan biri olan TuranBank fəaliyyəti ərzində uğurlu inkişaf yolu keçərək ölkənin paytaxtı və regionl mərkəzlərində yerləşən xidmət şəbəkəsi vasitəsilə müştərilərinə geniş çeşiddə bank məhsul və xidmətləri təklif etmiş, qurduğu uğurlu beynəlxalq əlaqələri ilə partnyorlar arasında etibarlı tərəfdaş imici formalaşdırmışdır. Öz fəaliyyətində peşəkarlıq, etibarlılıq, məsuliyyət, keyfiyyət və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank arxada qoyduğumuz illər ərzində öz sabitliyini qoruyub saxlamış, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmiş, istər fərdi, istərsə də korporativ müştəri bazasını genişləndirməyə müvəffəq olmuşdur.
Bank fəaliyyəti dövründə öz resurları, eyni zamanda yerli və xarici maliyyə institutlarından cəlb olunmuş güzəştli vəsaitlər hesabına real sektorda kreditləşmə fəaliyyətini həyata keçirmiş, kiçik və orta sahibkarlıq subyektlərinin mövcud bizneslərini inkişaf etdirmək, yeni biznes sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə maliyyə dəstəyini əsirgəməmişdir. Fəxrlə qeyd edə bilərik ki, TuranBank davamlı olaraq dünyanın aparıcı maliyyə qurumları olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), World Business Capital, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Sparkassenstiftung və s. kimi nüfuzlu təşkilatlarla yaxından əməkdaşlıq etmiş və həmin qurumlarla Kiçik və Orta sahibkarlıq eyni zamanda, ticarətin maliyyələşməsi istiqamətində əməkdaşlıqların qurulmasına nail olmuşdur. Cəlb edilmiş vəsaitlər Bankın maliyyə mənbələrini diversifikasiya etməklə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün uzunmüddətli və ucuz maliyyələşmə imkanlarının daha da inkişaf etdirilməsinə təkan verməklə yanaşı, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanını asanlaşdıraraq inkişafına kömək etmişdir. İnamla qeyd etmək istərdik ki, Bankımız gələcəkdə də bu istiqamətdə öz uğurlu fəaliyyətini davam etdirməyi hədəfləyir.
Son illərdə bank sektorunda elektronlaşma, rəqəmsal inkişaf meyilləri sürətlə güclənməyə başlamışdır. Arxada qoyduğumuz illər ərzində TuranBank müştərilərə göstərilən xidmət səviyyəsini yüksəltmək və effektivliyi artırmaq məqsədilə rəqəmsallaşmaya sürətli keçid etmiş və bu məqsədlə yenilənmiş mobil bank və internet bank xidmətlərini müştərilərinin ixtiyarına vermiş eyni zamanda yeni kart məhsulu olan MasterCard Universal kartını təqdim etmişdir. Bank bu məhsulla müştərilərinin rahatlığını nəzərə alaraq bir neçə funksiyanı bir kartda birləşdirmişdir. Belə ki, müştərilərə pulsuz təqdim edilən kart, eyni zamanda əmək haqqı, debet və əmanət kartı kimi istifadə edilə bilər. Universal kartın qazandıran üstünlükləri isə gündəlik qalıq balansa faiz hesablanması və Cash Back xidmətinin də aktiv olmasıdır.
Son dövrlərdə bank sektorunda yaşanan çətinliklərə baxmayaraq TuranBank inkişaf edən peşəkar komandası, səhmdarlarının və tərəfdaşlarının dəstəyi, eyni zamanda müştərilərinin etibarı sayəsində öz dayanıqlılığını təmin etmiş, davamlı maliyyə vasitəçiliyi potensialını saxlamış, həmçinin müştəri xidmətini yüksək səviyyədə təmin etməyə müvəffəq olmuşdur.
Bu gün 16 satış nöqtəsində 95 mindən çox fiziki və hüquqi şəxsə xidmət edən TuranBank ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməklə müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.
Sonda TuranBankın adından 28 il ərzində qazanılmış uğurlarda payı olan hər bir şəxsə dərindən təşəkkür edir və bu dövr ərzində qazandığımız etimadı bundan sonra da doğruldacağımıza əminlyimizi bildiririk.
"TuranBank"
Bizimlə etibarlıdır.....