“Turan Bank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
Eləcə də bax: "TuranBank" nüfuzlu maliyyə qurumundan iri həcmli kredit - Cəlb Etdi
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 4 999 922 manat və yaxud 6,67% artırılaraq 75 005 322 manatdan 80 005 244 manata çatdırılmasından sonra baş verib.
Belə ki, kapital artımı üçün “Turan Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 082 manat olan 4 621 ədəd yeni adi, sənədsiz, adlı səhmi Bankın fiziki şəxs səhmdarları əldə edib. Son nəticədə 20 fiziki şəxsin payı 55,3%-dən 58,1%-ə çatıb. Əvəzində 8 hüquqi şəxsin payı isə 44,7%-dən 41,9%-ə düşüb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.