Azərbaycanın aparıcı banklarınan olan «Turanbank» bu ilin 3-cü rübünə olan maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, ilk 9 ayda bankın faiz gəlirləri 6,4% artaraq 27 milyon 137 min manat, faiz xərcləri isə 2,4% azalaraq 16 milyon 617 min manat təşkil edib.
Banklar 2020-ci ilin 3-cü rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Nəticədə bankın xalis mənfəəti 24,3% artaraq 10 milyon 520 min manat olub.
Yanvar –sentyabr aylarında bankın qeyri-faiz gəlirləri 10,6% artaraq 2 milyon 974 min manat, qeyri-faiz xərcləri isə 12,5% artaraq 11 milyon 802 min manat olub.
Bankın xalis əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1 milyon 692 min manat olub. Bundan 278 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılıb.
Nəticədə «Turanbank» 3-cü rübü 1 milyon 414 min manat mənfəətlə başa vurub. FED.az xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 4,3 dəfə çoxdur.
İlin ilk 9 ayında bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12,7% artaraq 551 milyon 526 min manat olub. Bu dövrdə bankın kredit və lizinq portfeli 0,8% artaraq 342 milyon 811 min manata yüksəlib.
Bu dövrdə bankın qiymətli kağızlara yatırımları 63% artaraq 20 milyon manatdan 33 milyon manata çatıb.
Eləcə də bax: “TuranBank”dan Azərbaycan Ordusuna - 100 MİN MANATLIQ YARDIM
esabat dövründə bankın öhdəlikləri ilin əvvəli ilə müqayisədə 14,6% artaraq 475 milyon 340 min manat olub. Bankdakı depozitlər isə bu dövrdə 14,6% artaraq 286 milyon 270 min manata çatıb.
Bankların və digər maliyyə institutlarının depozitləri və kreditləri isə 15% artaraq 185,8 milyon manat olub.
Bu dövrdə «Turanbank»ın kapitalı təqribən 2% artaraq 76,2 milyon manat təşkil edib.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.