Azərbaycanın aparıcı banklarından olan «Turanbank» 2020-ci ildə gəlirlərini və mənfəətini artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ötən il bankın xalis mənfəəti 36 milyon 206 min manat təşkil edib. Bu əvvəlki ildən 3,7% artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi - 33,5 milyon manatı müştərilərə verilən kreditlərdən daxil olub. Bu göstərici 4% artıb.
Ötən il «Turanbank»ın faiz xərcləri 22,6 milyon manat olub, bu əvvəlki ildən 1,3% azdır.
Nəticədə ötən il bankın xalis faiz gəliri 13,2% artaraq 13 milyon 620 min manat təşkil edib.
2020-ci ildə «Turanbank»ın qeyri-faiz gəlirləri 8%-dən çox artaraq 3,8 milyon manatdan 4,1 milyon manata yüksəlib.
Xatırladaq ki, bu göstərici bank müştərilərinin aktivliyini əks etdirir. Pandemiya dövrünə baxmayaraq «Turanbank» müştərilərin aktivliyini artıra bilib, Belə ki, hesabat dövründə bankın haqq və komissiya gəlirləri 200 min manat artaraq 3 milyon 67 min manat olub.
Bankın qeyri-faiz xərcləri isə 13% artaraq 16 milyon 641 min manat olub.
Bankda əmək haqları xərci də 12%-ə yaxın artaraq 7,6 milyon manatı keçib.
Nəticədə bank 2020-ci ili 1,1 milyon əməliyyat mənfəəti ilə başa vurub.
Bundan 246 min manat mümkün zərərlərin qarşılanması üçün ehtiyat olaraq ayrılıb, 171 min manat isə mənfəət vergisi kimi ödənilib.
2020-ci ildə «Turanbank»ın xalisə mənfəəti 684 min manat təşkil edib. Bu 2019-cu illə müqayisədə 65% artıqdır.
Hesabat dövründə «Turanbank»ın aktivləri 62 milyon manat və ya 12,7% artaraq 551 milyon 736 min manata yüksəlib.
Müştərilərə evrilən kreditlər isə 6 milyon manatdan çox artaraq 351 milyon manatı keçib.
«Turanbank»ın biznes kreditlərinin 70%-ə yaxın hissəsi biznes kreditlərinin payına düşür – 240,4 milyon manat.
Ötən il Bankın ipoteka kreditləri portfeli 12 milyon manata yaxın artaraq 49 milyondan 61 milyona yüksəlib.
2020-ci ilin nəticələrinə görə, «Turanbank»ın öhdəlikləri 13%-dən çox artaraq 471,3 milyon manat olub.
Bu dövrdə bankın depozit portfeli 42 milyon manat və ya 17,7% artaraq 280 milyon manatı keçib. Bankda həm fiziki şəxslərin, həm də şirkətlərin depozitləri artıb.
Əmanətlər 10 milyon manat artaraq 214 milyon manata, hüquqi şəxslərin depozitləri isə təqribən 2 dəfə artaraq 34,4 milyon manatdan 66,3 milyon manata yüksəlib.
2020-ci ildə bankın cəmi kapitalı da 6 milyon manatdan çox artaraq 80,4 milyon manat təşkil edib.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.