“Turan Bank” ASC-nin Risk departamentinin yeni direktor müavini təyin edilib.
Eləcə də bax: Tanınmış iqtisadçı və bankir Dövlət Agentliyinə - Təyinat Alıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu, Elnur Vəliyevdir.
O, 2021-ci ilin may və avqust aylarında “Rabitəbank”ın Daxili nəzarət departamentinin direktoru kimi çalışmışdır. Belə ki, E.Vəliyev, 2021-ci ilin may ayında “Unibank” ASC-dən “Rabitəbank”a transfer olmuşdur. 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər isə “Unibank”ın Risklərin idarəedilməsi departamentinin direktor müavini kimi çalışıb.